Главная > Kriminal > Mustafa Cemilevin oğlu azadlığa çıxıb

Mustafa Cemilevin oğlu azadlığa çıxıb


25-11-2016, 21:16.

Ehtiyatsızlıq səbəbindən qətlə görə aldığı həbs müddətini başa vuran Ukrayna millət vəkili Mustafa Cemilevin oğlu cəza çəkdiyi koloniyanı tərk edib, onun vəkili bildirir.

"Hayser Cemilevi koloniyadan azad ediblər. Onu anası və qardaşı qarşılayıb. Hazırda tələb edilən sənədlər tərtib olunur və onun hara gedəcəyi məsələsi həll olunmaqdadır”, – Nikolay Polozov İnterfax agentliyinə deyib.

Hayser Cemilev 2015-ci ildə Krasnodar diyar məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum olunub. O, ehtiyatsızlıq səbəbindən qətl törətməkdə, silah oğurluğu və silah daşımaqda ittiham olunurdu.

Ötən ilin sentyabr ayında ölüm hadisəsinin üstündən uzun müddətin keçməsinə görə ona kəsilmiş cəza 1,5 ilə azaldıldılıb.

İşin materiallarına əsasən Hayser Cemilev 2013-cü ilin may ayında atasının Baxçasaraydakı evindən tüfəng və güllələri oğurlamışdı. Mayın 27-də isə o, evin pəncərəsindən həmin tüfənglə evin həyətində işləyən Cemilev ailəsinin dostu Fevzi Edemovu vurmuşdu.

Hayser Cemilev Ukrayna millət vəkili və Krım Tatarları Məclisinin sabiq rəhbəri Mustafa Cemilevin oğludur.

Sentyabr ayında Rusiyanın Ali Məhkəməsi məclisin ekstremist təşkilat tanınması barədə qərarı təsdiqləyərək onun ölkə ərazisində fəaliyyətini qadağan edib.

Məclisin başçısı Refat Çubarov və Mustafa Cemileva Rusiya ərazisinə giriş qadağan olunub.

Onların hər ikisi hazırda Kiyevdə mənzillənir. Krım prokurorluğu onların yarımadanın enerji blokadasında əli olduğu hesab edir. Hər iki şəxsə qarşı bir neçə cinayət işi açılıb.



Вернуться назад