Главная > Siyasət > Ərdoğanla Putin telefonla danışıb

Ərdoğanla Putin telefonla danışıb


25-11-2016, 20:44.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

"Hürriyet” qəzetinin verdiyi məlumata görə, tərəflər Suriya böhranının həlli məsələsini müzakirə ediblər.

Xəbərdə bildirilir ki, R.T.Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə həyata keçirdiyi "Fərat qalxanı” hərəkatı çərçivəsində əl-Bab bölgəsindəki əməliyyat zamanı türk hərbçilərinin hücuma məruz qalması barədə Putini məlumatlandırıb.


Вернуться назад