Главная > Problem > “Azərkörpü” işçisinə dələduzluq ittihamı – ŞİKAYƏT

“Azərkörpü” işçisinə dələduzluq ittihamı – ŞİKAYƏT


19-12-2015, 00:09.
"Azərkörpü” ASC-nin əməkdaşı Allahverdi Əfəndiyev dələduzluqda ittiham edilir. İttiham edənlər isə bir neçə şəxsdir və onlar işlədiklərinə rəğmən, əmək haqlarının sözügedən şəxs tərəfindən mənimsənildiyini deyirlər. 

Mehrəliyev Müşfiq Mehrab oğlu, Mehrəliyev Seymur Mehrab oğlu, İsmayılov Nazim Allahyar oğlu və Həsənov Mehman Əliş oğlu bildiriblər ki, Allahverdi Əfəndiyev onları 2014-2015-ci illərin müxtəlif vaxtlarında ölkə ərazisindəki hərbi hissələrdə tikinti işlərində işlədib. «Bu günə kimi əmək haqqlarımızı ödəmir. Fəhlələr Mehrəliyev Seymur Mehrab oğlunun 300 manat, İsmayılov Nazim Allahyar oğlunun 500 manat, sürücülər Mehrəliyev Müşfiq Mehrab oğlunun 740 manat, Həsənov Mehman Əliş oğlunun 1300 manat əmək haqqlarını mənimsəyən Allahverdi Əfəndiyev məlumatlara görə "Azərkörpü” ASC tərəfindən işləmək üçün Qazaxıstana göndərilib. Hazırda da oradadır».

Şikayətçilər vurğulayıblar ki, problemlə əlaqədar «Azərkörpü» rəhbərliyinə, Dövlət Sərhəd Xidmətinin rəisi cənab Elçin Quliyevə rəsmi qaydada etdikləri müraciətləri nəticəsiz qalıb. «Sizdən xahiş edirik əlaqədar qurumlar qarşısında məsələ qaldıraraq əmək haqqı borclarımızı ödəməyən, dələduzluq edib "Azərkörpü” ASC-ni də nüfuzdan salan Allahverdi Əfəndiyev barəsində müvafiq tədbirlər görülməsi üçün bizə kömək edəsiniz. Bir neçə gün ərzində maaşlarımız ödənilməsə dələduzluq edənin cəzalandırılması üçüb Baş Prokurorluğa şikayət etməyə məcburuq».

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. (jam.az)


Вернуться назад