Главная > Baş Xəbər > “Yeni dünya düzənini onlar yaradacaq: Ərdoğan, Putin, Tramp” – Nüfuzlu qəzet yazdı

“Yeni dünya düzənini onlar yaradacaq: Ərdoğan, Putin, Tramp” – Nüfuzlu qəzet yazdı


25-11-2016, 09:56.

"Yeni dünya düzənini onlar yaradacaq: Ərdoğan, Putin, Tramp” – Nüfuzlu qəzet yazdı

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladmir Putin və ABŞ prezidenti Donald Tramp birlikdə yeni dünya düzənini yaratmalıdır”. Cebhe.info xəbər verir ki, Rusiyada nəşr olunan nüfuzlu "Arqumenti i faktı” qəzeti belə yazıb.

Qəzetin yazdığına görə, Donald Trampın Amerikadakı seçkidə qələbə qazanması, Türkiyə və Rusiya arasında son zamanlar müşahidə olunan yaxınlaşma bu imkanı yaradır.

Məqalə müəllifi dünyanın Ərdoğan, Putin və Tramp kimi güclü liderlərə ehtiyacı olduğunu vurğulayaraq onların üçünün anlaşaraq yeni dünya düzəni ilə bağlı qəti qərar verməli olduğu fikrindədir.

"Dünya yenə güclü liderlərə ehtiyac duyur. Rusiyada Vladimir Putin, Türkiyəədə Rəcəb Tayyıb Ərdoğan, Amerikada isə Donald Tramp. Onlar üçlükdə anlaşaraq dünya düzənini yaratmalıdırlar. Ancaq etmək olacaqmı?”,- deyə müəllif qeyd edib.


Вернуться назад