Главная > Media > Politika.Az-ın direktoru Sumqayıt polisinə çağırıldı - Açıqlama

Politika.Az-ın direktoru Sumqayıt polisinə çağırıldı - Açıqlama


25-11-2016, 01:00.
Politika.Az xəbər portalının direktoru Xəyyam Salmanzadə Sumqayıt Şəhər Polis İdarəsinə çağırılıb

Bu barədə xəbər portalının direktoru özü məlumat verib. 

Onun sözlərinə görə, Sumqayıt ŞPİ-dən ona zəng olunaraq idarəyə gəlməsi istənilib. X.Salmanzadəyə polisə niyə çağırılmasının səbəbi açıqlanmayıb. 

Baş direktor Sumqayıt ŞPİ-nə çağırılmasının özü üçün də müəmmalı olduğunu bildirib: "Mən Sumqayıtda yaşamıram və 9 ildir ki, bu şəhərlə əlaqəm yoxdur. Niyə məhz Sumqayıt polisinə dəvət olunmağımın səbəbi özümə də sirr olaraq qalır. Sabah gedib aydınlaşdıracağam”. 

X.Salmanzadə qeyd edib ki, hər zaman Azərbaycan dövlətçiliyinə sadiq olub və saytın fəaliyyəti ölkənin milli maraqlarına xidmət edir: 

"Bizim fəaliyyətimiz göz qabağındadır və hər gün oxuculara operativ, ən isti və maraqlı xəbərləri təqdim edirik. Eyni zamanda ictimai-siyasi hadisələr barədə analitik yazılar, ölkənin sosial problemləri, məmur özbaşınalığı, habelə Qarabağ problemi, milli məsələlər, prezidentin ölkədə həyata keçirdiyi sosial-iqtisadi islahatları barədə faktlara söykənən məqalələr veririk. Yəni işimizi görmək üçün Politika.Az-a baxmaq kifayətdir”.

Вернуться назад