Главная > Media / Kriminal > Azərbaycanda baş redaktor həbs edildi

Azərbaycanda baş redaktor həbs edildi


23-11-2016, 21:15.

Azel.tv-nin baş redaktoru Əfqan Sadıqov Qazax rayonu ərazisində saxlanılıb

 


Onu polis əməkdaşları Cəlilabad Rayon Məhkəməsinə gətiriblər.

Baş redaktora qarşı Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Əfqan Sadiqovun yaxınlarının criminal.az saytına verdiyi məlumata görə, onu qurma cinayət işi əsasında həbs ediblər. Onun rayon icra hakimiyyətinin binasında qadını döydüyü bildirilir.

Qeyd edək ki, Əfqan Sadıqov Cəlilabad rayonunda baş verən özbaşınalıqları Azel.tv saytında və şəxsi Facebook profilində işıqlandırırdı. Əfqan Sadıqovun həbsinin məhz peşə fəaliyyətinə görə baş verdiyi iddia olunur. (criminal.az)

Вернуться назад