Главная > İqtisadiyyat > 21 aydır manat devalvasiyaya uğrayır

21 aydır manat devalvasiyaya uğrayır


23-11-2016, 16:38.
2015-ci ilin yanvar ayında 79 qəpiyə yaxın qiyməti olan ABŞ dolları hazırda 1 manat 71 qəpikdən bahadır.

21 aydır manat devalvasiyaya uğrayır. Mərkəzi Bankın 21 fevral 2015-ci il qərarı ilə ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik müəyyən edilib. 21 dekabr 2015-ci ildən isə üzən məzənnə rejiminə keçilib və qiymət 1 manat 55 qəpiyə qalxıb. 2016-cı il noyabrın 23-də rəsmi kurs 1,7146 manatdır.

Novator.az manatın dollara orta məzənnəsinin 2006-cı ildən necə dəyişməsinə nəzər salıb:

2006-cı il – 0,8927 manat

2007-ci il – 0,8579 manat

2008-ci il – 0,8216 manat

2009-cu il – 0,8038 manat

2010-cu il – 0,8026 manat

2011-ci il – 0,7897 manat

2012-ci il – 0,7856 manat

2013-cü il – 0,7845 manat

2014-cü il – 0,7844 manat.

2015-ci ilin yanvar ayında dolların orta məzənnəsi 0,7844 manat olub. Fevralda orta məzənnə 0,8605 manata yüksəlib. Martda orta məzənnə 1,0489 manat, ilin yekununda isə 1,0261 manat olub.

2016-cı ilin 9 ayının yekununda orta məzənnə 1,5663 manatdır. Yanvar ayında göstərici 1,5814 manat olub, sentyabrın yekununa 1,6347 manata qalxıb.

Bu il dolların ən aşağı qiyməti mayın 25-i və 26-da qeydə alınıb: 1 dollar 1,49 manata satılıb.


Вернуться назад