Главная > Maraqlı > Miras qalan evdən 100 kiloqram qızıl tapdı

Miras qalan evdən 100 kiloqram qızıl tapdı


23-11-2016, 01:18.
Fransa vətəndaşı varisi olduğu Evre şəhərindəki evin zirzəmisindən 100 kiloqram çəkisi olan qızıl külçələr və pullar tapıb. 

 Bu barədə Fransanın LCİ telekanalında yer alıb.

Məlumata görə, tapılan xəzinənin dəyəri 3.5 milyon avrodur. Adı gizli saxlanılan fransalı bildirib ki, xəzinənin mövcudluğundan xəbəri olmayıb.

O da bildirilir ki, tapılan xəzinəyə dair sənədlər də var. Qızıllar evin keçmiş sahibi tərəfindən 1950-ci illərdə qanuni yolla alınıb. Evin keçmiş sahibinin kimliyi barədə məlumat verilmir.//musavat.com

Вернуться назад