Главная > Səhiyyə > Bu xəstəliyin müalicəsi tapıldı-Sensasion KƏŞF

Bu xəstəliyin müalicəsi tapıldı-Sensasion KƏŞF


23-11-2016, 00:16.

Cənubi koreyalı alimlər alzheimer xəstəliyinin müalicəsi üçün istifadə edilə biləcək molekul kəşf edib.

Axar.az xəbər verir ki, Kim Younqsu və Yanq Seunqhun adlı alimlər nekrostatin-1 adlandırılan molekulun beyin hüceyrələrinin ölümünü və yaddaş pozğunluğunu azaltdığını qeyd ediblər. Bu molekul beyin üçün zərərli olan proteinlərin (beta və hiperfosforileytid tau) qarşısını alır.

Alim Younqsu kəşf etdikləri molekul haqda danışarkən bunları deyib:

"Bundan sonra alzheimer xəstəliyinin səbəblərini tapmağa və yeni müalicə metodlarını inkişaf etdirməyə daha çox zaman ayıracağıq".

Qeyd edək ki, təkcə Cənubi Koreyada təqribən 700 min demensiya (ağılsızlıq, ağılın zəifləməsi) xəstəsi var və bu sayın 2024-cü ildə 1 milyon nəfərə çatacağı ehtimal edilir.


Вернуться назад