Главная > Problem > Mosuldan qaçmış 352 qaçqın Türkiyəyə sığındı

Mosuldan qaçmış 352 qaçqın Türkiyəyə sığındı


22-11-2016, 23:50.
İraqın Mosul şəhərinin terrorçulardan təmizlənilməsi məqsədilə keçirilən hərbi əməliyyatlar öncəsi şəhərdən qaçmış 352 qaçqın Türkiyəyə sığınıb. 

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib. Məlumata görə, İraqdan qaçaraq Türkiyəyə sığınan 352 iraqlı türkmən, ərəb Kayseridə tibbi yoxlanışdan keçirildikdən sonra Türkiyənin bir sıra şəhərlərinə gediblər. Onlar təxminən bir ay əvvəl Suriya sərhədindən Hataya gəliblər. Jandarm və polis İdarəsində avtobuslara mindirilən qaçqınlar Kayseri Miqrasiya İdarəsinin Mərkəzinə yerləşdiriliblər.

 Mühacirlər bu gün axşam saatlarında Təhsil və Araşdırma Xəstəxanasının Sağlamlıq İdarəsindən tibbi yoxlanışdan keçirildikdən sonra sərbəst buraxılıblar. Qaçqınların əksəriyyəti terminala gedərək Ankaya və İstanbula üz tutub.

Uluyol.info


Вернуться назад