Главная > Cəmiyyət > Yumurta yenidən bahalaşdı

Yumurta yenidən bahalaşdı


22-11-2016, 19:03.
"Ölkədə təlabatı qarşılayacaq qədər yumurta istehsal olunmur”.

Bunu aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmli bir çox marketlərdə yumurtanın qiymətinin bahalaşmasına münasibət bildirərkən deyib.
Image result for Vahid Məhərrəmli

Onun fikrincə, ölkədə təlabatı qarşılayacaq qədər yumurta istehsal olunmur: "Bir milyard beş yüz milyon ədəd yumurta istehsal olunur, halbuki təlabat iki milyard səkkiz yüz milyon ədəddir, yəni adam başına il ərzində 280 ədəd norma olduğu halda, biz bunu  55%-ni daxili istehsal hesabına ödəyirik. Belə olduqda məhsul çatışmazlığı, defisit yaranır. Defisit yaranan zaman tələb çoxalıb təklif azalan zaman məhsulun qiyməti artır. Azərbaycanda ümumiyyətlə, yumurta istehsalı ilə bağlı ciddi problemlər var. Biz bütün istehsal vasitələrini demək olar ki, xaricdən gətiririk. Bunlar istehsal vasitələri, texnoloji avadanlıqlardır, genetik material, yem komponentləridir. Biz heç olmasa yemi də daxildə istehsal edə bilmirik,  bax budur problem. Yumurtanın maya dəyərində 65% yemin payı var. Əgər biz keyfiyyətli, ucuz yem istehsal edib quşçuluqda istifadə edəriksə yumurtanın qiyməti nisbətən sabit saxlamaq mümkün olar. Bütün hallarda idxaldan asılılıq olduğu üçün bizim bazara çıxaracağımız məhsulun qiyməti idxal olunan məhsulun qiymətindən asılıdır. Bildiyimiz kimi, manat da dəyərdən düşüb. Bu kimi amillərdir yumurtanın qiymətini artıran”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti rəhbəri Murtuzəli Hacıyev isə əlavə edib ki, qiymət siyasətini onlar müəyyənləşdirmir: "Qiymətlər bazarlarda tələb təklif əsasında müəyyənləşdirir. Kənd təsərrüfatı məhsullarının qiyməti liberaldır”.
Image result for Murtuzəli Hacıyev
Murtuzəli Hacıyev

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəbəri Abbas Əliyev isə bildirib ki, məsələ araşdırıldıqdan sonra açıqlama veriləcək. 

Qeyd edək ki, yumurtanın qiyməti bəzi marketlərdə qalxaraq 20 qəpiyə qədər qalxıb. //toplum.tv


Вернуться назад