Главная > Türk Dünyası > Kipr üzrə danışıqlar bu gün davam etdiriləcək

Kipr üzrə danışıqlar bu gün davam etdiriləcək


20-11-2016, 14:31.
Kiprin yunan və türk icmaları liderləri Nikos Anastasiadis və Mustafa Akıncı bu gün İsveçrədə ərazi məsələlərinə dair danışıqları bərpa edəcəklər.

APA-nın verdiyi xəbərə görə, görüşlərin iki gün davam edəcəyi planlaşdırılıb, lakin ehtiyac yaranarsa, danışıqların müddəti uzadıla bilər.

"Yeni raundun məqsədi – gələcəkdə konkret xəritədə əksini tapacaq meyarları razılaşdırmaqdır. Beləliklə, biz danışıqların növbəti, yekun mərhələsi barədə danışa biləcəyik”, - deyə Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Nikos Xristodulidis bildirib.

Qeyd edək ki, Kiprin yunan və türk icmaları liderlərinin danışıqları İsveçrənin Mon-Pelerin şəhərciyində keçirilir. 

Danışıqların hazırkı raundu noyabrın 7-də başlayıb, lakin noyabrın 11-də Nikos Anastasiadisin xahişi ilə dayandırılmışdı.


Вернуться назад