Главная > Baş Xəbər > Trampla Putin razılaşsa... – Ən qorxulu məqam

Trampla Putin razılaşsa... – Ən qorxulu məqam


18-11-2016, 22:18.
ABŞ-ın yeni prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin NATO-ya yeni üzvlərin alınmaması ilə bağlı razılaşa bilərlər.

Axar.az xəbər verir ki, bu sözlər Finlandiyanın keçmiş Baş naziri Aleksandr Stubun "Faynənşıl Tayms” qəzetindəki köşəsində yer alıb. Onun sözlərinə görə, Breksit kimi Trampın qələbəsinə də 2009-cu il maliyyə böhranı kömək edib:

"Məhz həmin dövrdən etibarən Qərbdə millətçilik, proteksionizm və populizm populyarlıq qazandı. Dünyadakı situasiya bizə yalnız ən yaxşı şeyləri arzulamağı məcbur edir. İndiki şəraitdə Qərb üçün ən uğurlu addım ABŞ-Avropa əməkdaşlığının dərinləşdirilməsidir. Ən qorxulu məqam Putin və Trampın NATO-ya yeni üzvlərin alınmaması ilə bağlı razılaşması ola bilər. Bu, Şimali Avropanın təhlükəsizliyinə təhdidi artıra bilər. Üstəlik, Tramp Rusiyanın Ukraynanın şərqindən çıxmasından sonra ona qarşı sanksiyaları ləğv edə bilər. Bu ABŞ-ın Krımın Rusiya ərazisi olduğunu tanımasına səbəb olacaq”.

Вернуться назад