Главная > Cəmiyyət > Azərbaycandakı uşaqların sayı açıqlandı

Azərbaycandakı uşaqların sayı açıqlandı


18-11-2016, 19:17.

"Azərbaycanda iki milyon altı yüz min nəfərə yaxın uşaq var”.

Uluyol.info APA-ya istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Komitə sədri bildirilib ki, uşaqların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir: "Xüsusi qayğıya ehtiyacı olan, aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi vacibdir. Uşaq siyasətinin reallaşmasında güclü qanunvericilik bazasının yaradılması vacib şərtdir. İndiyədək uşaq hüquqlarının müdafiəsi, onların normal formalaşması və sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət Proqram, Tədbirlər Planı qəbul edilib. "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək,  uşaq hüquqlarının müdafiəsi sahəsində gələcək hədəf istiqamətləri üzrə mühüm sənədlər hazırlanır. Artıq Uşaq Strategiyası yekunlaşıb, aidiyyəti qurumlara göndərilib. Uşaq Məcəlləsi ilə bağlı işlər görülür".

H. Hüseynova qeyd edib ki, erkən yaşda ailə qurulması, uşaqların təhsildən yayınması, əməyə cəlb olunması, onlara qarşı zorakılıq edilməsi uşaq hüquqlarının pozulması deməkdir. Bu problemlərin qarşısının alınması istiqamətində  müxtəlif maarifləndirici və məlumatlandırıcı tədbirlər keçirilir.

H. Hüseynova bildirib ki, uşaq problemləri sahəsində məsələlərin həllinə ictimaiyyətin, o cümlədən qeyri-hökumət təşkilatlarının, özəl sektorun nümayəndələrinin, beynəlxalq təşkilatların cəlb edilməsi əsas vəzifələrdəndir: "Uşaqların sağlam və xoşbəxt böyüməsi tək dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. Azərbaycan BMT-nin müvafiq komitəsinə üç dövrü hesabat təqdim edib. Çox sevindirici haldır ki, ildən-ilə  Azərbaycan hökuməti tərəfindən görülən işlər müsbət qiymətləndirilir. Hazırda növbəti hesabata hazırlıq işləri aparılır".


Вернуться назад