Главная > Problem > Xəstələrə qarşı pis münasibətin hökm sürdüyü tibb ocaqlarında nələr baş verir?

Xəstələrə qarşı pis münasibətin hökm sürdüyü tibb ocaqlarında nələr baş verir?


17-12-2015, 01:39.
 
Heç kimə sirr deyil ki, bu gün dövlətin səhiyyə sektoruna diqqət və qayğısı ən yüksək səviyyədədir. 

Dövlət büdcəsindən səhiyyə xərcləri üçün nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, xəstəxana binalarının əsaslı şəkildə təmir olunması və yenidən qurulması bu qayğının ən bariz nümunəsidir. Bununla yanaşı, həkimlərin təkmilləşdirilməsi istiqamətində də müxtəlif işlər həyata keçirilir. Bildiyiniz kimi, son illər özəl səhiyyə sektoruna da diqqət artıb. Daha dəqiq desək, son beş il ərzində özəl klinikaların sayı əhəmiyyətli dərəcədə çoxalıb. Özəl tibb müəssisələrinin çoxalması öz növbəsində bu sahəyə nəzarətin gücləndirilməsini də zəruri edir. Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən belə klinikalarda göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlərin göstərilməsinin qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Azərbaycanda korrupsiya ilə mübarizədə əsas məqsəd

Azərbaycanda korrupsiya və onunla mübarizə, artıq kəskin vətəndaş operativliyi ilə müşayiət olunur.

Korrupsiya faktı ilə əlaqədar hüquq pozuntularının aşkar edilərək qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, cəmiyyətin tələbi olan sosial ədalətin, vətəndaşların hüquq və azadlıqlarının müdafiə olunmasına, dövlətimizin iqtisadi inkişafı üçün əlverişli şəraitin yaradılmasına və ən əsası vəzifəli şəxslərin fəaliyyətinin şəffaflığının təmin edilməsinə yönəlib. Bu gün dövlətin sağlam vətəndaş prioritetini üzərində cəmləşdirən səhiyyə sektorunda da xoşagəlməz hallar adiləşib. 

Etiraf edək ki, ölkə səhiyyəsinin bu burulğanda can verməsi, sosial-hüquqi neqativləşməyə stimul verərək dövlətin bu sahədə təyin etdiyi hüquq və maddi bazanın kəsinliklə məhv olmasına gətirib çıxarır. Eləcə də gündən-günə cılızlaşan region səhiyyəsinin hansı vəziyyətdə olması, hər birimizdə acı təəssüf hissi oyadır. 

Artıq yetərincə bəllidir ki, bu gün bir çox bölgələrdə fəaliyyət göstərən tibb müəssisələri, pasiyentlərinə açıq-aydın etinasızlıq sərgilədir, dövlət tərəfindən vətəndaşlara ayrılmış pulsuz dərman preparatlarının açıq şəkildə satışını təşkil edir, tibb müəssisələrinə qeyri-peşəkar həkimlər cəlb edilir. Bütün bunlar, artıq səhiyyə sisteminin iflic vəziyyətinə düşməsini bir daha sübuta yetirir. Necə olur ki, pasiyentlərə göstərilən tibbi xidmət keyfiyyətsiz olması ilə yanaşı hələ bir onlardan yenə nəsə tələb olunur? 

Bunlar azmış kimi, hələ onların "müalicəsi" zamanı həkimlərin əməkdaşlıq etdiyi farmokoloji firma dərmanları vasitəsi ilə həyata keçirilir? 

Bütün bunlar nədən xəbər verir? 

Niyə görə iqtisadi qüdrəti yerə - göyə sığmayan dövlətimizdə səhiyyə problemi çözülmür, niyə görə vətəndaşlarımız müalicə almaq üçün ucdantutma olaraq qonşu ölkələrə; İrana,Türkiyəyə və eləcə də Rusiyaya, Gürcüstana gedirlər? 

Olmazmı ki, milli səhiyyəmiz yenidən dirçəlsin? 

Axı vətəndaşların müalicə almaq üçün xaricə üz tutmaları dövlət büdcəsinə deyil, xarici büdcələrin daha da təkmilləşməsinə xidmət edir? 

Olmazmı elə vəsait öz büdcəmizdə qalsın?

Axı bütün bunlar dövlətdaxili iqtisadi ləngimələrə gətirib çıxarır.(jam.az)
Вернуться назад