Главная > GÜNDƏM > ABŞ Azərbaycana sanksiya tətbiq edir

ABŞ Azərbaycana sanksiya tətbiq edir


17-12-2015, 00:54.

Azərbaycan hökuməti üzvlərinə münasibətdə sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi ABŞ-la ticarət aparan dairələrə, xüsusi xidmət orqanları, güc strukturları və məhkəmə orqanlarına da aid olunacaq. Bu layihə maliyyə sanksiyalarını da nəzərdə tutur.

Virtualaz.org saytı xəbər verir ki, sanksiyalar yalnız bir halda ləğv oluna bilər: Azərbaycan hökuməti demokratik təsisatların və vətəndaş cəmiyyəti institutlarının inkişafə sahəsində əhəmiyyətli tərəqqiyə nail olsa, həmçinin azad və ədalətli seçkilərin keçirilməsinə nail olsa.

"Biz milli təhlükəsizlik və iqtisadiyyat sahəsindəki vacib əlqaələrin mövcudluğunu başa düşürük. Amma ABŞ Azərbaycanda insan haqlarının pozulmasına dair dəhşətli faktlara münasibətdə özünü artıq daha kor kimi apara bilməz” - deyə Helsinki Komissiyasının rəhbəri, konqresmen K.Smit bildirib.

"Jurnalistləri və fəalları müntəzəm olaraq həbs edirlər. Müxalif siyasətçilər hələ də həbsxanadadır. Keçirilən seçkilər azad v ədalətli deyil. Hüquq müdafiəsi ilə məşğul olan vəkillər təqiblərə məruz qalır və vəkil statusundan məhrum olunur. Dini azlıqlar da təqib edilir. ABŞ hökumətin insan haqlarının poqulması, əsas azadlıqların, müxalifətin, KİV azadlığının və dini azlıqların hüquqlarının pozulması məsələsində kompromissə getməyəcək” - deyə Helsinki Komissiyasının bəyanatında deyilir.



Вернуться назад