Главная > Mövqe > Trampın komandasında intriqalar var

Trampın komandasında intriqalar var


16-11-2016, 18:30.
"The Guardian" yazır ki, Donald Trampın Ağ Evə keçidi prosesi onun baş milli təhlükəsizlik müşavirinin qəfil gedişi və üç övladının və xüsusilə də kürəkənin vəzifələrin bölüşdürülməsində iştirakının yaratdığı narazılığa görə əngəllənib.

Keçmiş respublikaçı konqresmen Mayk Rocers Trampın keçid komandasını gözlənilmədən və heç bir izahat vermədən tərk edib, lakin xəbərlərdən birinə görə o, Trampın "Stalinsayağı repressiyasının" qurbanı olub.

Rocers vaxtilə Konqresin kəşfiyyat komitəsinə sədrlik edib, keçmiş hərbçi və FTB-nin xüsusi agentidir.

"The Guardian" yazır ki, Rogersin Tramp komandasından getməsi bu komandanın üzləşdiyi çox ciddi problemlərdən xəbər verir. Ötən həftə Tramp öz komandasının başçısı Kris Kristini cənab Penslə əvəz edib.

Komandaya yaxın mənbələr burada çəkişmə və didişmə atmosferinin hökm sürdüyünü xəbər verirlər.

Məqalədə deyilir seçki kampaniyası zamanı Trampı lağa qoymuş bəzi respublikaçılar indi ona yaxınlaşmaq istəsələr də, keçid komandasından sərt cavab alırlar. Buşun vaxtında Dövlət Departamentində yüksək vəzifə tutmuş Eliot Kohen belələrindən biri olub.

O belə bir tvit yazıb: "Trampın keçid komandası əlaqə saxlayandan sonra əvvəlki çağırışımı geri götürürəm. Onlar əsəbi və lovğadırlar…"Uşaqlar SİZ UDUZMUSUNUZ" deyib adamı rədd edirlər".

Bundan bir neçə gün əvvəl Kohen respublikaçıların Trampa şübhə ilə yanaşan xarici siyasət kadrlarını Trump-ı dəstəkləməyə çağırmışdı.

Associated Press xəbər verir ki, fikir ixtilafına görə Trampın komandası Ağ Evlə təhvil təslimə başalaya bilmir.

Bu arada Dövlət Departamenti və Pentaqon Tramp komandasının onlarla hələ ki, əlaqəyə girmədiyini bildiriblər.

Trampın uşaqlarının vəzifə bölgüsündə iştirakına dair şayiələr də dolaşır. Oğul Donald, Eric, İvanka və onun əri Jared Kushner yüksək vəzifələr tutmaq üçün xüsusi xidmətlərdə yoxlamadan keçməlidirlər. "The Guardian" yazır ki, Christie və Rogers-in məhz bu məsələyə görə komandanı tərk etdikləri bildirilir.

Associated Press xəbər verir ki, fikir ixtilafına görə Trump-ın komandası Ağ Evlə təhvil təslimə başalaya bilmir.

Trampın komandasında yeganə qaradərili olmalı Ben Carson da ona təklif edilən səhiyyə naziri vəzifəsindən imtina edib. Belə görünür ki, o, daha böyük vəzifə gözləyirmiş.

"The New York Times" yazır ki, keçmiş New York meri və Trump-ın dostu Rudi Culiani heç bir xarici siyasət təcrübəsi olmamasına baxmayaraq dövlət katibi vəzifəsini gözləməkdədir.

Lakin siyais fiqurlar 72 yaşlı keçmiş meri "Amerikanın düşmənləri" ilə biznes əlaqələrində ittiham edirlər.

Onun İranın terrorda ittiham edilən dissident qrupu və şübhəli əlaqələrə malik hüquq firması ilə işlədiyi xəbər verilir. Səddam Hüseyn, Venesuelanın dövlət neft şirkəti və terrorçu Əbu Nidal bu firmanın müştəriləri olublar. Bütün bunlar Giuliani-nin Senatda təsdiqi üçün ciddi maneə yarada bilər.

Xəbər verilir ki, Trampın biznesini onun uşaqları davam etdirəcəklər, lakin bu Amerika qanunlarına görə maraqların toqquşması deməkdir.

Bəzi məlumatlara görə, Trampın uşaqları artıq onun prezident kimi adından istifadə edərək kommersiya mənfəətləri götürməyə başlayıblar.

Ağ Evin keçmiş mətbuat katibi Ari Fleischer xəbərdarlıq edib: "Pulsuz məsləhət verirəm: Bunu dayandırın. Bunu etməyin. Prezidentlik ailə biznesindən böyükdür. Bunu dayandırın".

Trampın ifrat sağ təmayüllü Breitbart News şəbəkəsinin rəhbəri Bannon-u özünün baş strateqi təyin etməsi konqresmenlər tərəfindən ciddi tənqid edilir.

Onlar Trampı ağdərili irqçiyə vəzifə verməkdə ittiham edirlər (BBC).
 

Вернуться назад