Главная > GÜNDƏM > Almaniya XİN başçısının prezidentliyə namizədliyi rəsmən elan edilib

Almaniya XİN başçısının prezidentliyə namizədliyi rəsmən elan edilib


16-11-2016, 16:46.
Almaniyanın kansleri Angela Merkel Xristian-Demokrat İttifaqı adından ölkənin xarici işlər naziri Frank-Valter Ştaynmayerin rəsmi olaraq prezidentliyə namizədliyini irəli sürüb.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu partiyanın sədri Angela Merkel noyabrın 16-da bəyan edib.

"Mən şadam ki, 3 partiyanın sədrləri sizi "böyük koalisiya” adından prezidentliyə namizədliyinizi irəli sürürük. Frank-Valter Ştaynmayer Almaniya vətəndaşlarının çoxu tərəfindən dəstəklənəcək doğru namizəddir. Çünki insanlar hiss edir ki, ona inana bilərlər”, - deyə Angela Merkel vurğulayıb.

Qeyd edək ki, ölkə prezidenti Yoahim Qaukun səlahiyyət müddəti 2017-ci ilin martında başa çatır.

Xatırladaq ki, Ştaynmayer Xristian-Demokrat, Sosial-Demokrat və Xristian-Sosial İttifaqı partiyaları tərəfindən prezidentliyə namizəddir.


Вернуться назад