Главная > Mədəniyyət > Sibel Can yaşını 6 il azaltdı - Məhkəmə qərarı

Sibel Can yaşını 6 il azaltdı - Məhkəmə qərarı


16-11-2016, 04:28.
Məşhur türk müğənni Sibel Canın kimlikdəki yaşı azaldılıb. 

 Sibel Can məhkəməyə müraciət edərək yaşının azaldılmasını tələb etmişdi. Təxminən 1 il davam edən prosesdən sonra məhkəmə müğənninin xeyirinə qərar çıxarıb. 

Qeyd edək ki, müğənni məhkəməyə müraciət edərək 1970-ci ildə doğulduğunu, kiçik yaşda səhnəyə çıxmağa icazə versinlər deyə ailəsinin istəyi ilə sənəddə doğum tarixinin 1964-cü il göstərildiyini bildirmişdi. Müğənni həmçinin anası Gül Sezerlə atası Engin Cangürenin 1969-cu ildə evləndiyini əsas gətirib və bildirib ki, ata-anasının evliliyindən 5 il əvvəl dünyaya gəlməsi məntiqli deyil. //musavat.com
 


Вернуться назад