Главная > Siyasət > Türkiyə prezidentinin səfər proqramı açıqlandı

Türkiyə prezidentinin səfər proqramı açıqlandı


15-11-2016, 18:16.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftənin sonuna qədər Pakistan və Özbəkistana rəsmi səfərlər edəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidentinin rəsmi saytı məlumat verib.

Məlumata görə, noyabrın 16-17-də Türkiyə prezidenti pakistanlı həmkarı Məmnun Hüseyn və baş nazir Nəvaz Şəriflə görüşəcək.

Noyabrın 17-18-də Özbəkistana rəsmi səfəri çərçivəsində isə Ərdoğan Özbəksitan prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Şövkət Mirziyoyevlə görüşəcək.

Hər iki ölkəyə səfər çərçivəsində ölkələrarsı münasibətlərin inkişaf prespektivləri müzakirə ediləcək.

Вернуться назад