Главная > Ölkə > Hərbçimiz şəhid oldu

Hərbçimiz şəhid oldu


15-11-2016, 20:59.

Azərbaycan əsgəri şəhid olub.

Axar.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu şəhid olub.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra təltif edilməsi üçün "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalına təqdim olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Allah rəhmət eləsin


Вернуться назад