Главная > Region >  Lənkəran şəhər 1 Saylı Dövlət Notariat Kontorunun rəisi vətəndaşa kələk gəlib?

 Lənkəran şəhər 1 Saylı Dövlət Notariat Kontorunun rəisi vətəndaşa kələk gəlib?


14-11-2016, 23:11.

Lənkəran şəhər Zərifə Əliyeva 78/6 mənzil 62-də yaşayan Fərəcova Əntiqə Sövqi qızı tərəfindən redaksiyamıza şikayət məktubu ünvanlanıb.Vətəndaş iddia edir ki, Lənkəran şəhər 1 Saylı Dövlət Notariat Kontorunun rəisi Səfər İsmayilov ondan fırıldağ yolu ilə 1863 manat alıb. Hətta rayon sakini bu barədə aidiyyəti orqanlara rəsmi məktub ünvanlamağı düşünür. Məlumatda daha sonra vurğulanır ki, Səfər İsmayilov Vergilər Nazirliyinin əməkdaşlarına saxta sənətlər təqdim edib.

Məsələ ilə bağlı adı hallanan Lənkəran şəhər 1 Saylı Dövlət Notariat Kontorunun rəisi Səfər İsmayilovla əlaqə yaratmağa çalışdıq. Lakin qarşı tərəfin mövqeyini öyrənə bilmədik.

Növbəti yazılarımızda məqalədə adı hallanan şəxsin mövqeyini dərc edəcəyik. Araşdırmalarımız davam edir.. //dosye.az

 

Uluyol.info


Вернуться назад