Главная > Region > “Gecələr başqa yerdə qalır, gündüzlər keşik çəkirik” – Şamaxıda sürüşmə - VİDEO

“Gecələr başqa yerdə qalır, gündüzlər keşik çəkirik” – Şamaxıda sürüşmə - VİDEO


14-11-2016, 22:28.
Şamaxının Mədrəsə kəndində torpaq sürüşməsi davam edir.

ARB Şəki xəbər verir ki, bir həftə öncə başalayan sürüşmə gün keçdikcə daha da artır.

Kəndin şimal-şərq hissəsində başlayan sürüşmə miqyasca digərlərindən böyük hesab olunur. Hansı ki, burada vətəndaşlara məxsus 20 ha əkin sahəsi sürüşməyə məruz qalıb.

Vahid Qasımov – Qəsəbə sakini: "Gecələr gedib başqa yerdə qalırıq, gündüzlər isə həyətdə keşik çəkirik”.

Həmin ərazidə mövcud olan 20 -ə yaxın ev təhlükə ilə üzləşib. Artıq 2 ev tamamilə uçub. Daha 7 evin də tamamilə uçma təhlükəsi var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji planlama ekspedisiyası Şamaxı rayonundakı mövcud sürüşmə sahələrinə baxış keçirib və ərazidə təhlükənin genişləndiyi bildirir. Sürüşmə ərazisində mövcud olan daha bir evin köçürülməsi nəzərdə tutulsa da hələ bu məsələ öz həllin tapmayıb. Kəndin şimal-şərq hissəsində uçqunlar davam edir. Ərazidə tektonik çatlarda səth suları çıxır. Kənd ərazisindəki yol da köçüb.


Вернуться назад