Главная > Ölkə > Müdafiə Nazirliyinin hərbi hissələrində andiçmə mərasimi keçirilir

Müdafiə Nazirliyinin hərbi hissələrində andiçmə mərasimi keçirilir


13-11-2016, 10:07.
Bu gün Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilir.
 
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Əlahiddə Ümumqoşun Ordusunun və birliklərin hərbi hissələrinin ərazilərində keçiriləcək mərasimlərdə hərbi rituala uyğun olaraq gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edəcəklər.
 
Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak edəcək, mədəni-kütləvi tədbirlər keçiriləcək və valideynlər hərbi hissələrdə yaradılmış şəraitlə də tanış olacaqlar.


Вернуться назад