Главная > Ümumi > Saakaşvili: Poroşenko mənə Baş nazir postunu təklif etmişdi

Saakaşvili: Poroşenko mənə Baş nazir postunu təklif etmişdi


11-11-2016, 18:19.
Odessanın sabiq qubernatoru Mixeil Saakaşvili bəyan edib ki, Ukrayna Prezidenti Petro Poroşenko ona Baş nazir postunu təklif etmişdi.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, M.Saakaşvili "Korrespondent" jurnalına müsahibəsində qeyd edib:

"Poroşenko mənə açıq şəkildə Baş nazir postunu təklif etdi. Baş nazir olsaydım, nə dəyişəcəkdi ki? Mən ora-bura qaçıb hansısa Qonçarenkodan (deputat Aleksey Qonçarenko - red.) mənim qanunuma səs verməyi xahiş etməliydim? Qonçarenko kimilərdən Radada 400 nəfərdir və onlar mənim hər hansı təklifimə səs verməyəcəkdilər".

Qeyd edək ki, noyabrın 7-də M.Saakaşvili qubernator vəzifəsindən istefa verib. O bu qərarını hakimiyyətin korrupsiya ilə mübarizə aparmaqda maraqlı olmaması ilə əlaqələndirib.

Xatırladaq ki, Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili 2015-ci il mayın 30-da Odessa vilayətinin qubermatoru təyin edilmişdi.

Вернуться назад