Главная > Mövqe > Con Kerrinin yerinə kim gələcək? – Əsas namizəd açıqlandı

Con Kerrinin yerinə kim gələcək? – Əsas namizəd açıqlandı


10-11-2016, 21:21.

ABŞ-ın yeni dövlət katibinin hazırda Konqresdə Nümayəndələr Palatasının spikeri vəzifəsini tutan 73 yaşlı Nyut Qinqriç olacağı bildirilir.

Bu proqnozu dünyanın bir neçə nüfuzlu media qurumu irəli sürüb.

CNN-nin tərtib etdiyi siyahıda da Qinqriç dövlət katibi vəzifəsinə 5 əsas namizəddən biri kimi göstərilib.

Onunla yanaşı siyahıda senatorlar Ceff Seşns, Robert Korker, ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Bolton və Beynəlxalq Əlaqələr Şurasının prezidenti Riçard Xaas da var.

«The Wall Street Journal»a görə, dövlət katibi bu 3 nəfərdən biri olacaq – Qinqriç, Bolton, Korker.

BBC əsas namizəd kimi Qinqriçin adını qeyd edib.

«France Press» isə Con Kerrini Qinqriçin əvəzləyəcəyinə əmindir. Agentlik bildirir ki, Qinqriç həm də vitse-prezident postuna namizədlər arasında olub. Lakin sonradan bu post üçün Mayk Pens daha məqsədəuyğun hesab edilib.



Вернуться назад