Главная > Siyasət > Merkel: “Rusiya seçkimizə müdaxilə edə bilər”

Merkel: “Rusiya seçkimizə müdaxilə edə bilər”


11-11-2016, 02:26.

Rusiya 2017-ci ildə Almaniyada keçiriləcək parlament seçkisinə müdaxilə edə bilər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel söyləyib.

Onun sözlərinə görə, Almaniyaya artıq indidən rus hakerlərinin hücumuna məruz qalır. O, Rusiya KİV-inin apardığı təbliğatın Almaniya cəmiyyətinə təsir göstərdiyini də bildirib.

Qeyd edək ki, Almaniya xüsusi xidmət orqanları Rusiya hakerlərini parlament və Xristian Demokrat İttifaqı Partiyasının saytına hücumda günahlandırıb.


Вернуться назад