Главная > Mövqe > Müsəlmanlardan Trampa çağırış

Müsəlmanlardan Trampa çağırış


10-11-2016, 22:37.
Amerikalı müsəlmanlar Trampdan hörmət gözləyir.

Axar.az xəbər verir ki, bunu Amerika-İslam Əlaqələri Şurasının (CAİR) direktoru Nihad Avad deyib.

"Seçkilərin nəticələrindən asılı olmayaraq amerikalı müsəlmanlar hər zaman burada yaşayacaq. Heç bir yerə getmirik. Bizi cəmiyyətdən xaric edə bilməzlər. ABŞ müsəlmanları öz hüquqları uğrunda daim mübarizə aparacaq”, - Avad bildirib.

Qeyd edək ki, ABŞ yeni seçilən prezidenti respublikaçı Donald Tramp müsəlmanlara qarşı irqçi çıxışları ilə daim gündəmdə olmuşdu. Amma seçkidəki qələbəsindən dərhal sonra Trampın səhifəsindən müsəlmanlara qarşı olan sözlər çıxarıldı.


Вернуться назад