Главная > Ölkə > Müsavat Partiyası başqanı xalqı təbrik etdi

Müsavat Partiyası başqanı xalqı təbrik etdi


8-11-2016, 23:54.
Müsavat Partiyasının başqanı Arif Hacılı Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. 

Təbrikdə deyilir:

"Əziz həmvətənlər!

Sizi Milli Bayraq günü münasibəti ilə təbrik edirəm. 

98 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin qərarı ilə qəbul edilən üçrəngli bayrağımız bu illər ərzində xalqımız üçün ən müqəddəs dəyərlərdən birinə çevrilib. 

Sovet imperiyasının amansız repressiyaları dövründə belə böyük Rəsulzadənin dediyi kimi istiqlal eşqini qəlblərində gəzdirən həmvətənlərimiz bu müqəddəs simvolu qoruyub saxladılar, sonrakı nəsillərə ötürməyə nail oldular. 

Bu bayraq indi bütün dünyada yaşayan həmvətənlərimiz üçün müqəddəs simvoldur. 

2-5 aprel Qarabağ hərbi əmaliyyatları zamanı da aydın oldu ki, üçrəngli bayrağımız bizi birləşdirən əsas dövlət rəmzimizdir. 

Milli Bayrağımızın bütün tarixi ərazilərimiz üzərində dalğalanması arzusu ilə bütün həmvətənlərimizi bu bayram münasibəti ilə təbrik edirəm".



Вернуться назад