Главная > Mədəniyyət > Çinarədən yeni möhtəşəm ifa-Video

Çinarədən yeni möhtəşəm ifa-Video


8-11-2016, 15:30.

Gənc müğənni, son zamanlar sosial şəbəkələrin fenomeninə çevrilən Çinarə Məlikzadə yeni mahnısını təqdim edib."Bir sən varsan, bir də mən” adlı mahnının bəstəkarı Sevinc Tofiqqızı, sözlərinin müəllifi isə Aygün Məmmədovadır.

Tanınmış bəstəkar Sevinc Tofiqqızı bəstəsi haqda deyib: "Bir sən varsan, bir də mən” ən çox sevdiyim bəstələrdəndir. Çinarənin ifasını çox bəyənirdim və bu mahnıya müraciət etməsi məni çox sevindirdi. Bu Çinarənin ilk mahnısıdır və ümid edirəm ki, bizim işlərimiz davamlı olacaq”. Bəstəkar mahnının uğurlu olacağını və yaxın zamanlarda klip çəkiləcəyini də vurğulayıb: "Əminəm ki, bu ifa uğur qazanacaq, çünki həm Çinarənin səsi, həm də bəstə və sözlər çox gözəldir. Yaxın zamanlarda bu ifaya klip çəkiləcək və geniş təqdimat mərasimi baş tutacaq”.

Gənc ifaçı Çinarə Məlikzadə də öz növbəsində mahnıya görə müəlliflərə təşəkkür edib: "Çox sevinirəm ki, ilk işim peşəkar bəstəkar Sevinc xanımla oldu. Mən ona müraciət etdim və bəstəkar xanım təklifimi məmnuniyyətlə qəbul etdi. Bundan sonra da əməkdaşlığımız davam edəcək və yeni layihələr edəcəyik. Həm Sevinc xanıma, həm də mahnının sözlərinin müəllifi Aygün Məmmədovaya təşəkkür edirəm. Ümid edirəm ki, dinləyicilər də "bir sən varsan, bir də mən” adlı mahnımı bəyənəcəklər” (azxeber.com)

Uluyol.info sözügedən ifanı təqdim edir:




Вернуться назад