Главная > Aktual > Səudiyyə Ərəbistanı yüz milyardlarla dollarlıq layihələrdən imtina etdi

Səudiyyə Ərəbistanı yüz milyardlarla dollarlıq layihələrdən imtina etdi


8-11-2016, 15:56.
Səudiyyə Ərəbistanı 266,6 milyard dollar məbləğində nəzərdə tutulmuş layihələri dayandırmaq niyyətini bəyan bildirib.

Avropa.info xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb. Qərar şahzadə Məhəmməd ibn Salmanın rəhbərlik etdiyi İqtisadiyyat və Krallığın İnkişafı Şurasında qəbul olunub.

Səudiyyə Ərəbistanı hökuməti 2015-ci ilin 29 deakbrında elektrik, yanacaq, su və məişət mallarının qiymətinin qaldırılması haqda qərar qəbul etmişdi. "2030-cu ilə baxış” proqramına görə Ər-Riyad ölkənin iqtisadiyyatında tam struktur dəyişikliyə getməli idi. Xərclərin məhdudlaşdırılması hesabına Səudiyyə Ərəbistanı iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək və neftdən asılılığı aşağı endirməyi düşünürdü.

Вернуться назад