Главная > Dünya > Türkiyə ilə Avropa arasında ələqələr kritik həddə çatdı

Türkiyə ilə Avropa arasında ələqələr kritik həddə çatdı


8-11-2016, 16:17.
Avropa Birliyi ilə rəsmi Ankara arasında əlaqələrin kritik həddə çatdığını bu dövrdə Avropa ölkələri miqrant məsələsi ilə bağlı çox narahatdır.

Avropa.info xəbər verir ki, Avstriyanın müdafiə naziri Hans Piter Doskozil yeni köç dalğasına qarşı Balkan ölkələri ilə bir araya gələcəklərini açıqlayıb.

Açıqlamaya görə, Türkiyə qaçqınlarla bağlı razılaşmaya riayət etsə də Avropa Birliyi vizaların ləğvi ilə bağlı sözünü hələ də tutmayıb..

Müdafiə naziri Türkiyə ilə Avropa Birliyi arasında qaçqınlarla bağlı razılığın çökməsi halında yeni qaçqın dalğasının qarşısının alınması ilə bağlı hazırlıq görülməsi lazım olduğunu deyib.

O, Balkan ölkələri rəsmiləri ilə buna hazırlıq görmək üçün iclas təşkil edəcəyini açıqlayıb.

Qeyd edək ki, rəsmi Ankara türk vətəndaşlarının Şengen bölgəsinə girməsini asanlaşdıracaq vizasız rejimlə bağlı vədlərinin yerinə yetirilməməsi halında bu razılaşması ləğv edə biləcəyini açıqlamışdı.

Вернуться назад