Главная > Region > Füzuli rayon Təhsil şöbəsi uçurumun bir addımlığında-ŞİKAYƏT

Füzuli rayon Təhsil şöbəsi uçurumun bir addımlığında-ŞİKAYƏT


8-11-2016, 15:44.
Son zamanlar təhsil ocaqlarında yaşayan neqativ halların şahidiyik.Bölgələrdə təhsil üzrə məsul şəxslərin özbaşnalığı, vəzifə səlahiyyətlərini aşmaları, tender oyunları və s. bu kimi əməlllərlə bağlı gündəlik mətbuat səhifələrindən izləməkdəyik.Bu dəfə Uluyol.info-nun elektron ünvanına Füzuli rayon təhsil şöbəsindəki özbaşnalıqlarla bağlı aldığımız məktubu oxuculara təqdim edirik:
 
"Bu vaxta qədər dəfələrlə mətbuat vasitəsilə rayon təhsilində yaşanan hərcmərcliyi çatdırmışıq.Təhsil nazirliyinə şikayətimizi bildirmişik.Nəzərinizə çatdırmaq istəyirəm ki, mən Zeynalov Anar Ədalət oğlu 10.10.2016-cı ildə  Ağdam rayonunun Quzanlı qəsəbəsində Təhsil Naziri Mikayıl Cabbarovun qəbulunda oldum.Füzuli RTŞ-dəki bir sıra qanun pozuntuları  barədə məlumat verdim.Nazirdən əməli tədbir görülməsini xahiş etdim.Lakin bu günə kimi bu barədə heç bir əməli tədbir görülməyib.
Füzuli RTŞ-dəki özbaşnalıqdan mətbuat vasitəsilə dəfələrlə yayımlandığı üçün çox geniş yazmağı məsləhət bilmədim.Onsuzda mətbuat da, nazirlik də rayon təhsilində yaşananları bilir.Sadəcə müvafiq qurumların vəzifə səlahiyyətlərin aşan  şəxsi bu vaxta kimi vəzifəsində saxlamağı başa düşə bilmirik...
Füzuli RTŞ-nin 55 saylı orta məktəbdə neqativ hallar baş alıb gedir.Odur ki, KİV-dən xahiş edirəm, bərbad halda olan Füzuli təhsili haqqında məlumatlar yayımlayın, ictimailəşdirin.Bir xalqı intibaha yalnız və yalnız təhsil apara bilər.
55 saylı orta məktəbin kargüzarı Ağayeva  Səbahə Tahirxan qızının, lobarant Eyvazova Elnurə Balay qızının adına ştat getməyinə baxmayaraq, onlar  sözügedən məktəbdə işə getmirlər.Amma hər ay yerli-yerində maaş alırlar.Bu kimi faktları sadalamaqla bitməz.Bir daha mətbuat vasitəsilə Təhsil Nazirliyindən xahiş edirəm ki,rayon təhsilin uçurumdan qurtulmasına yardım elsinlər".
 
Uluyol.info
 


Вернуться назад