Главная > Siyasət > Saakaşvilinin xanımı deputat mandatından imtina etdi

Saakaşvilinin xanımı deputat mandatından imtina etdi


7-11-2016, 20:41.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovs deputat mandatından imtina etdiyini deyib. O bununla bağlı Gürcüstan MSK-a müraciət edib.

Sandra Rulovs həyat yoldaşının qurucusu olduğu "Vahid Milli Hərəkat” partiyasının siyahısında ikinci olub.

MSK-dan isə bildirilib ki, qurum deputatı mandatdan məhrum edə bilməz. Bu səlahiyyətə yalnız ölkə parlamentinə malikdir.

Mixail Saakaşvili özü isə VMH partiyası üzvlərini seçkilərin ikinci turunda iştirakdan çəkinməyə çağırıb və seçkilərin legitimliyini şühbə altına alıb.

 

(azadliq.info)



Вернуться назад