Главная > Ümumi > Dünyada aktiv neft-qaz quyularının sayı oktyabrda artıb

Dünyada aktiv neft-qaz quyularının sayı oktyabrda artıb


7-11-2016, 21:09.
Dünya üzrə aktiv neft-qaz quyularının sayı bu ilin oktyabr ayında 1 620 ədəd yəşkil edib. 

"Report"un ABŞ-ın "Baker Hughes" şirkətinin hesabatına istinadən verdiyi xəbərə görə, aktiv quyuların sayı sentyabr ayı ilə müqayisədə 36 ədəd və ya 2,27% artıb. Keçən ilin oktyabrı ilə müqayisədə isə aktiv qazma quyularının sayı 466 ədəd və ya 22,3% azalıb. 

ABŞ-da aktiv qazma quyularının sayı oktyabrda 35 ədəd və ya 6,9% artdığı halda, 2015-ci ilin analoji dövrü ilə müqayisədə 247 ədəd və ya 31,2% azalıb.

Digər ölkələrdə oktyabr ayında aktiv qazma quyularının sayı 21 ədəd və ya 9,5%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 25,9% azalma göstərib.

Вернуться назад