Главная > İdman > Müsavat çempion oldu- FOTOLAR

Müsavat çempion oldu- FOTOLAR


6-11-2016, 23:18.

Tanınmış vəkil Elton Quliyevin xatirəsinə həsr olunmuş futbol turniri bu gün başa çatıb.

Uluyol.info "Basta"-ya istinadən xəbər verir ki, siyasi partiyalar və təşkilatlar arasında təşkil turnirin final qarşılaşması bu gün,6 noyabr 18:00-da Tennis Akademiyasının örtülü meydançasında baş tutub.Fianl qarşılaşması "Müsavat" və "VHP" komandaları arasında keçirilib.Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasının qalibi 2-1 hesabı ilə "Müsavat" komandası olub.Beləliklə,turnirin ali mükafatını Müsavat təmsilçiləri qazanıb.

Xatırladaq ki, yarımfinalda Müsavat N!da təşkilatına, VHP isə AXCP-yə qalib gələrək filana vəsiqə qazanmışdı.

Final qarşılaşmasına tamaşa edənlər arasında Müsavat başqanı Arif Hacılı, MSDM-nin rəhbəri İsa Qəmbər və VHP sədri Sabir Rüstəmxanlıda iştirak edib.

 final_musavat

 

  

 

Uluyol.info

 


Вернуться назад