Главная > GÜNDƏM > ABŞ-ın Baş Qərargah rəisi Türkiyəyə rəsmi səfərə gəlib

ABŞ-ın Baş Qərargah rəisi Türkiyəyə rəsmi səfərə gəlib


6-11-2016, 20:17.
Bu gün ABŞ Silahı Qüvvələrinin Baş Qərargah rəisi Jozef Dunford Türkiyəyə rəsmi səfərə gəlib.
 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, J. D. türkiyəli həmkarı Hulusi Akarla görüşəcək.
 
Qeyd edək ki, J. Dunfordun səfərinin Suriyada İŞİD-in əsas mərkəzi sayılan Rakka şəhərinə Suriya Demokratik Güclərinin (SDG) hücuma başladığı günə təsadüf etməsi diqqət çəkir. Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, Rakkanın İŞİD-dən azad edilməsi əməliyyatına əsasını PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG təşkil edən SDG qatılarsa, Rakka əməliyyatında iştirak etməyəcək. ABŞ isə Suriyada müxalif Azad Suriya Ordusu ilə "Fərat qalxanı” əməliyyatı həyata keçirən Türkiyənin YPG-yə zərbə endirməməsinə çalışır. 

Вернуться назад