Главная > Siyasət > Klinton Fondu Qətər hakimiyyətindən 1 milyon dollar hədiyyə aldığını etiraf etdi

Klinton Fondu Qətər hakimiyyətindən 1 milyon dollar hədiyyə aldığını etiraf etdi


6-11-2016, 20:41.
ABŞ-ın sabiq prezidenti Bil Klinton və demokratların prezidentliyə namizədi Hillari Klintonun xeyriyyə fondu olan Klinton Fondu Qətər hakimiyyətindən 1 milyon dollar qəbul etdiyini və bu barədə Dövlət Departamentini xəbərdar etmədiyini etiraf edib.

APA-nın verdiyi məlumata görə, bu, bu ilin oktyabrında "WikiLeaks” saytında "Clinton Foundation” əməkdaşının bir yazışmasının dərc olunmasından sonra məlum olub.

"Clinton Foundation” əməkdaşı yazışmasında qeyd edib ki, Qətər təmsilçiləri 2012-ci ildə Nyu-Yorkda B. Klintonla görüşmək istədiklərini və 2011-ci ildə ad günü münasibəti ilə vəd edilən 1 milyon dollarlıq çeki ona vermək istədiklərini bildiriblər. Telekanalın məlumatında vurğulanıb ki, Klinton Fondu Dövlət Departamentini məlumatlandırmadan 1 milyon dolları Qətər hakimiyyətinin hədiyyəsi kimi qəbul etdiyini etiraf edib. Federal Təhqiqat Bürosu (FTB) Klinton Fondunun fəaliyyəti ilə bağlı araşdırma aparır. FTB Klinton Fondunun pul müqabilində xidmət göstərib-göstərmədiyini, bu yardımın həmin dövrdə dövlət katibi olan H. Klintonla bağlı olub-olmadığını üzə çıxarmağa çalışır.

Вернуться назад