Главная > Dünya > Nigeriya ordusu 85 nəfəri "Boko Haram"ın girovluğundan azad edib

Nigeriya ordusu 85 nəfəri "Boko Haram"ın girovluğundan azad edib


6-11-2016, 21:39.
Nigeriya ordusu ölkənin şimal-şərqində 85 nəfəri radikal "Boko Haram" silahlılarının girovluğundan azad edib.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi ölkənin silahlı qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.

Onlar Çad gölü yaxınlığındakı Çukunqudu şəhərinin silahlılardan təmizlənməsi zamanı girovluqdan azad ediliblər. 

Əməliyyat zamanı təhlükəsizlik qüvvələri 5 silahlını məhv ediblər. Bununla yanaşı, partlayıcı qurğular istehsal edən gizli fabrik də məhv edilib.

Girovluqdan azad edilənlərin əksəriyyəti qadınlar və uşaqlardır. 

Вернуться назад