Главная > Video xəbər > “Neftçi”nin oyununda biabırçı səhv - VİDEO

“Neftçi”nin oyununda biabırçı səhv - VİDEO


5-11-2016, 23:41.
Topaz Premyer Liqasının XI turu çərçivəsində baş tutan "Neftçi” – "İnter” oyunu kobud hakim səhvi ilə diqqət çəkib. 
 
APA-nın məlumatına görə, görüşün baş hakimi Rəvan Həmzəzadənin matçın 60-cı dəqiqəsində "bankirlər”in qapısına təyin etdiyi penalti hər kəsin təəccübünə səbəb olub.
 
Belə ki, hesab 1:0 olarkən Cavid İmamverdiyevin qapı ağzına ötürməsi zamanı qonaqların futbolçusu  Zurab Xizanaşvili topun qarşısını əli ilə alıb.
 
Ancaq referinin düşündüyünün əksinə, topun ələ təması cərimə meydançasının xəttindən nəzərə çarpacaq dərəcədə  kənarda idi.
 
"İnter”li oyunçuların etirazı fayda verməyib və penaltini dəqiq yerinə yetirən Araz Abdullayev hesabı 2:0 edib.



 Uluyol.info

Вернуться назад