Главная > Səhiyyə / Maraqlı > Gənc qalmağın daha bir sirri

Gənc qalmağın daha bir sirri


6-11-2016, 01:58.
Nar dadlı meyvə olmaqla yanaşı, bir çox xəstəliklərə dərmandır.
 
Uluyol.info axar.az-a istinadən narın sağlamlığa faydaları haqda yazını təqdim edir:
 
Ürək-damar
 
Narın tərkibində olan maddələr damarlarda meydana gələn partlayışın qarşısını alır. Bundan başqa, nar antibiotik vəzifəsi daşıyaraq, ürək və damarlarda olan zərərli maddələri təmizləyir, mikrobları öldürür. Hər gün  bir stəkan nar suyu ürək və damarlara faydalıdır.
 
Qrip
 
Narın tərkibindəki antioksidantlar qripə səbəb olan mikrob və virusları zərərsiz hala gətirir. Bu meyvə qripə qarşı qalxan funksiyasını yerinə yetirir, tərkibindəki C vitamini orqanizmin soyuqdəyməyə qarşı müqavimətini artırır.
 
Mədə ağrısı
 
Narın içərisində olan ağ təbəqə mədənin güclənməsinə, iltihabına təsir göstərir. Yeməkdən sonra bir ədəd nar yemək həzm prosesini asanlaşdırır.
 
Gənc qalmaq
 
Narın tərkibindəki maddələrdən kosmetika məhsullarında da istifadə edilir. Bu səbəbdən narın suyunu və qaynadılmış qabığını üzə maska kimi vuraraq, daha gənc qala bilərsiniz.
 
 
 
Uluyol.info

Вернуться назад