Главная > Problem / Kriminal > Ədil Hüseynli: "Maşınımı Nuşirəvan Səfərova hədiyyə edirəm"

Ədil Hüseynli: "Maşınımı Nuşirəvan Səfərova hədiyyə edirəm"


16-12-2015, 20:05.
 
Ədil Hüseynli: «Maşınımı Nuşirəvan Səfərova hədiyyə edirəm» 

Bu gün Bizimxeber.az saytının baş redaktoru Ədil Hüseynlinin idarə etdiyi 99 AX 698 dövlət nömrə nişanlı maşını DYP əməkdaşları tərəfindən saxlanılaraq, cərimə meydançasına aparılıb. Bu barədə JAM.AZ-a baş redaktorun özü məlumat verib. 

O bildirib ki, saxlanılmasına səbəb kimi cərimələrinin olması göstərilib, lakin bu cərimələrin hansı səbəbdən və nə zaman edildiyi məlum deyil. «Mənə dedilər ki, 68 manat cəriməm var. Lakin bu cərimənin nə zaman yazıldığı barədə heç bir bilgi vermədilər. İmkanlarım hesabına dəqiqləşdirdim ki, bir neçə gün bundan əvvəl yazılıb. Həmin pulu ödəməyə hazır olduğumu bildirdim. Razılaşmadılar». 

Ədil Hüseynli qeyd edib ki, onu saxlayan 99 YP 332 dövlət nömrə nişanlı DYP maşını olub və ekipaj rəhbəri kimi özünü təqdim edən baş leytenant Kamran bildirib ki, problemin həlli üçün BDYPİ-yə müraciət etməlidir. Baş idarəyə gedən baş redaktora isə deyiblər ki, məsələ onlarlıq deyil, Bakı DYP-sinə aiddir. «Nəyin baş verdiyini özüm də bilmirəm. Əgər həqiqətən mənim 68 manat cəriməm varsa, onu ödəməyə hazıram. Mənə nə protokol, nə də hər hansı bir xəbərdarlıq məktubu göndərilməyib. Axı, mən necə bilə bilərdim ki, maşınım cərimə olunub? Bunların işi insanların əsəbləriylə oynamaqdır». 

Bizimxeber.az-ın rəhbəri deyib ki, problem iki idarə arasında qalmaq deyil. Məsələ odur ki, hər iki qurum işi üzərindən atır. «Mən cəriməmi ödəyib, maşınımı dayanacaqdan çıxarmaq istəyirəm. Razılaşmırlar». 

Ədil Hüseynli vurğulayıb ki, problemin həlli üçün Vaqif Əsədovla da danışıb. O da bu işdə hər hansı bir yardım edə bilməyini deyib. «Vaqif Əsədovla danışıb, sözlərimi dedim. Heç bir köməklik edə bilməyəcəyini vurğuladı. İndi maşın Nəsimi rayonunun ərazisindəki dayanacaqdadır. Oranı da Əbu Qureyb həbsxanasından heç bir fərqi yoxdur». 

Baş redaktor daha sonra qeyd edib ki, Kamran adlı inspektor onunla kobud şəkildə davranmaqla yanaşı, həm də «get kimə istəyirsən şikayət et» tonunda əlavələr edib. «Belələri polisin adını biabır edirlər. Belə başa düşürəm ki, Nuşirəvan Səfərovun ciddi şəkildə pula ehtiyacı var. Mən də qərarlaşdırmışam ki, cəriməmi ödəməyim. Və maşını verib Nuşirəvan müəllimə. Qoy, satıb ehtiyaclarını qarşılasın. Kasıb adamdı, maaşla dolanır. Evə çörək aparmalıdır, ya yox? Mənim də gücüm maşınıma çatır. Ona da hədiyyə edirəm rəisə». 

Qarşı tərəfi də dinləməyə hazırıq.


Вернуться назад