Главная > Ümumi > Samsung rəhbərləri diz çöküb ÜZR İSTƏDİ- (FOTO)

Samsung rəhbərləri diz çöküb ÜZR İSTƏDİ- (FOTO)


4-11-2016, 10:06.
Samsung-un çinli rəhbərləri təşkil etdikləri tədbirdə Galaxy Note 7-lər üçün diz çöküb üzr istəyiblər.

"Marja” xəbər verir ki, texnologiya nəhəngi Samsung, batareya problemi olan telefonları – Galaxy Note 7-lər üzündən istifadəçilərinin etibarını bir müddət əvvəl itirib. Samsung-un Çinli rəhbərləri isə istifadəçiləri geri qazanmaq üçün addım atıblar. Rəhbərlər birlikdə diz üstə çöküb istifadəçilərdən üzr istəyiblər.

 
29 Oktyabrda Çində,  Samsung yerli distribyutorlar üçün bir tədbir keçirib. Tədbir zamanı təxminən 20 rəhbər qüsurlu Galaxy Note 7-lər üçün diz çökərək üzr istəyiblər. Görüntülər hadisə olub.

Samsung-un bu il iddialı bir şəklildə çıxardığı Galaxy Note 7-lərin bir-bir partlayış xəbərlərinin bütün dünyada əks-səda doğurmasından sonra problemin səbəbinin batareyalar olduğu məlum olmuşdur. Samsung əvvəl telefonları geri topladı, sonra isə istehsalı tamamilə dayandırmışdı.

Aparılan sorğuların nəticəsinə görə, Samsung-a duyulan etimad azalıb.

samsung_diz


Вернуться назад