Главная > Mövqe > Zaxarovadan Rasmussenə cavab: “Qul psixologiyası...”

Zaxarovadan Rasmussenə cavab: “Qul psixologiyası...”


3-11-2016, 18:50.
Rasmussendə qul psixologiyası, görəsən, haradan qaynaqlanır?
 
Axar.az xəbər verir ki, bunu öz Feysbuk səhifəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yazıb. Onun sözlərinə görə, bu tip insanlar Avropaya qəsdən yerləşdirilir:
 
"Rasmussen ABŞ-ın dünya jandarmı olmasını istəyir. Xatırladıram ki, bu insan NATO-ya rəhbərlik edib. Onda bu cür qul psixologiyası haradan qaynaqlanır? Belələrini Vaşinqtonun nəzarətindəki beynəlxalq təşkilatların rəhbərliyinə götürüb, Avropanın siyasi elitasına yeridirlər. Dünya jandarmeriyası haqqında fikirləşənlər demokratiyadan necə də uzaqdırlar”.
 
Qeyd edək ki, NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen amerikalı jurnalistlərə müsahibəsində ABŞ-ın dünya jandarmı olması gərəkdiyini bildirib. O, həmçinin Obamanı dünyadakı konfliktlərə hərbi müdaxilə məsələsində iradəsizlik göstərdiyinə görə tənqid edib.

Вернуться назад