Главная > GÜNDƏM > Livanda yeni baş nazir seçilib - əl-Həriri

Livanda yeni baş nazir seçilib - əl-Həriri


3-11-2016, 19:21.
Livan hökumətinə Saad əl-Həriri başçılıq edəcək.

"Report” İsrail KİV-inə istinadən xəbər verir ki, onun namizədliyini Livanın yeni seçilmiş prezidenti Mişel Aun irəli sürüb.

Saad əl-Həririnin lehinə 127 deputatdan 110-u səs verib. O, qərbyönümlü "Əl-Müstakbal” hərəkatının başçısıdır.

Livanın "Hizbullah” təşkilatı bir qayda olaraq əl-Həririyə qarşı çıxsa da, ancaq səsvermə zamanı hizbullahçılar bu addımı atmayıblar.
Livanın keçmiş baş naziri, müxalifət rəhbəri Saad əl-Həriri bildirib ki, Suriya prezidenti Bəşər Əsəd rejiminin devrilməsi qaçılmazdır.

Qeyd edək ki, o, 2000-ci il oktyabrın 23-dən 2004-cü il oktyabrın 21-dək Livanın baş naziri olub, 2005-ci il oktyabrın 19-da terror nəticəsində öldürülən Rafiq əl-Həririnin oğludur. Həmin terror zamanı Rafiq əl- Həriridən başqa 2 nəfər də həlak olub.

Saad əl-Həriri 2009-cu il noyabrın 9-dan 2011-ci il iyunun 13-dək Livan hökumətinə başçılıq edib. İndi o, 2013-cü il aprelin 6-da baş nazir seçilmiş Tammam Salamı əvəz edəcək. Saad əl-Xəriri 1970-ci il aprelin 18-də Səudiyyə Ərəbistanında anadan olub. Onun var-dövlətinin 4,1 milyard dollara çatdığı bildirilir.

Onun baş nazir olmasının yeni prezidenti seçilməsi ilə də əlaqələndirirlər.

Xatırladaq ki, 2014-cü il mayın sonundan Livan prezidentsiz qalıb. Mişel Naim Aun seçilənədək 45 dəfə cəhd edilib, ancaq onların hamısı uğursuzluqla nəticələnib.

Livan siyasətinin veteranlarından olan M.Aun Livandakı "Hizbullah" qruplaşmasının müttəfiqlərindən sayılır.

Вернуться назад