Главная > Ümumi > Fuad Qəhrəmanlının şikayəti üzrə proses dekabrın 14-də keçiriləcək

Fuad Qəhrəmanlının şikayəti üzrə proses dekabrın 14-də keçiriləcək


11-12-2015, 11:51.
Fuad Qəhrəmanlı barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçildi - suçlandığı maddələr
 
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının apellyasiya şikayəti üzrə keçiriləcək məhkəmənin vaxtı məlum olub.

Vəkil Fəxrəddin Mehdiyev APA-ya bildirib ki, şikayətə dekabrın 14-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, F. Qəhrəmanlı dekabrın 8-də Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunaraq həbs edilib.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Fuad Qəhrəmanlı barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti həmin qərardan verilib. Şikayətdə həbs qətimkan tədbirinin ləğv edilməsi istənilib.


Вернуться назад