Главная > Dünya > Ruanda Fransanı genosid cinayətində ittiham etdi

Ruanda Fransanı genosid cinayətində ittiham etdi


1-11-2016, 20:41.
Ruanda hökuməti 1994-ci ildə 800 min adamın ölümü ilə nəticələnən genosid aktın iştirak etməsi iddia olunan fransız zabitlərin adlarını açıqlayıb.

Avropa.info xəbər verir ki, Ruanda Genosidlə Mübarizə Komissiyasının yaydığı açıqlamada Fransa zabitlərinin genosid iştirakçısı və bunu törədənlərlə əməkdaşlıq etdiyi iddia edilir. Fransanın açıq şəkildə ittiham edildiyi  sənəddə genosidə səbəb olan şəxslərlə haqda cinayət işinin açılmadığı və isitintaqı başa vurmadan cinayətlərin ört-basdır edildiyi bildirilir.

Açıqlanan siyahıda sabiq Baş Qərargah rəisi Jak Lanxad ilə pensiyada olan generallar Kristian Quesnot, Jan Pyer Huşon və Jan Klod Lafurkadın adları da var. Fransanın yüksək rütbəli zabitləri genosidi törədənlərə təlim keçmək və silah tədarükündə ittiham olunurlar.

1994-cü ildə Ruanda prezidenti Juvenal Habyarimananın təyyarəsinin vurulub özünün həlak olmasından sonra hutu tayfası tutsilər cinayətdən məsul bilmiş, etnik tutsilərə qarşı hücumlar təşkil edən qruplar yaratmışdılar. Ruandada 100 gün davam edən qırğında 800 mindən çox tutsi ölmüşdü.


Вернуться назад