Главная > İdman > Şimali İrlandiya yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Şimali İrlandiya yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb


1-11-2016, 21:00.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu ay Azərbaycan millisini qəbul edəcək Şimali İrlandiyanın heyəti açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, baş məşqçi Maykl Onil 25 futbolçuya dəvət göndərib.
 
Çalışdırıcı zədədən əziyyət çəkən Kreyq Ketkartı milliyə çağırmayıb. Əvəzində Uill Qriqq AÇ-2016-dan sonra ilk dəfə yığmanın formasını geyinmək imkanı əldə edib.
 
Qapıçılar: Maykl MakQoveren, Alan Mannus, Trevor Karson
 
Müdafiəçilər: Qaret MakAuli, Conni Evans, Aron Hyuz, Kris Brant, Konor MakLaulin, Li Hodson, Rayan MakQiveren, Tom Flanaqan
 
Yarımmüdafiəçilər: Stiven Deyvis, Niyal MakQinn, Olli Norvud, Ceymi Uard, Korri Evans, Şeyn Ferqyuson, Styuart Dallas, Peddi MakNeyr, Mattyu Land, Pol Peton
 
Hücumçular: Kayl Lafferti, Konor Vaşinqton, Uill Qriqq, Coş Maqennis
 
Qeyd edək ki, yığmamızla noyabrın 11-də qarşılaşacaq Şimali İrlandiya millisi 4 gün sonra Xorvatiya ilə yoldaşlıq görüşü keçirəcək.

Вернуться назад