Главная > Ümumi > Türkiyədə son iki ayda məhv edilən terrorçuların sayı açıqlanıb

Türkiyədə son iki ayda məhv edilən terrorçuların sayı açıqlanıb


1-11-2016, 18:41.
Türkiyənin son iki ayda terrorçu PKK qruplaşmasına qarşı keçirdiyi əməliyyatlar nəticəsində 1426 terrorçu məhv edilib. 

"Report” "Haber-7"yə istinadən xəbər verir ki, sentyabr-oktyabr ayları ərzində 24 terrorçu təslim olub, 78-i isə həbs edilib.

Məlumata görə, son iki ayda terrorçu PKK-nın hücumları nəticəsində 35-i kənd qoruyucusu, 86-sı hərbçi, 4-ü polis əməkdaşı olmaqla güc strukturlarının 125 əməkdaşı şəhid olub. 


Вернуться назад