Главная > Ümumi > Moldavada təkrar prezident seçkisi keçiriləcək

Moldavada təkrar prezident seçkisi keçiriləcək


31-10-2016, 14:44.

Noyabrın 13-də Moldavada təkrar prezident seçkisi keçiriləcək. Bunu ölkənin Mərkəzi Seçki Komissiyası bəyan edib. Bazar günü keçirilən seçkidə namizədlərdən heç biri lazım olan 51 faiz səsi toplaya bilməyib. Əsas mübarizə rusiyapərəst namizəd, sosialistlərin lideri İqor Dodon və qərbpərəst kolaisiyanın nümayəndəsi Maya Sandu arasında olub.

Dodanın artıq birinci mərhələdə qalib gələcəyi gözlənilsə də o, 49 faiz səs toplayıb. Onun seçki kompaniyaları zamanı əsas vədlərindən biri, ölkənin Avropa birliyi ilə Asosasiya sazişindən çıxması və Avrasiya iqtisadi birliyinə qoşulması ilə bağlı referendum keçirməkdir.

Qeyd edək ki, Avrasiya iqtisadi birliyinə Rusiya rəhbərlik edir. Hakim koalisiyanın namizədi Maya Sandu isə 38 faiz səs toplayıb.


Вернуться назад